DSMF-nin müsbət saldosu 22 mln manatdır
Dövlət Sosial Müdafiə Fondu yanvar-avqustda gəlir şəklində 1 mlrd 624,6 mln manat əldə edib. Bu, ötən ilin eyni dövründəkindən 287,1 mln (21,5%) çoxdur. Təşkilatın xərcləri 1602,6 mln manat olub.
DSMF mətbuat xidmətinin məlumatına görə, ay ərzində Fondun müsbət saldosu 22 mln manat (I rübdə 82 mln) təşkil edib.
İcbari sosial sığorta haqqı üzrə 891,9 mln manat (+15,2%) əldə edilib. Buraya həmçinin büdcədənkənar sektordan ayırmalar (536,9 mln manat) daxildir.
DSMF xərclərinin çoxu pensiya ödənişidir – 1571,8 mln manat. –17D—
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 14:45
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 14:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz