Yeni system üzrə kommersiya şəxslərin dövlət reyestri
Vergilər Nazirliyi kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatlarına tələblər üzrə yeni texniki şərtlər üzərində işi başa çatdırır. Reyestr yaxın vaxtlarda açıqlanacaq.
Bu ilin avqustunda qeydiyyata alınan kommersiya hüquqi şəxslərin dərc edilən məlumatlarına yeni tələblər qüvvəyə minəndən sonra reyestr Vergilər Nazirliyinin informasiya resursundan silinib. Dəyişikliyə əsasən, təsisçilər və onların şirkətlərdə payı məxfi saxlanılır. Vergilər Nazirliyinin mətbuat xidmətində Turan-a deyiblər ki, reyestrə yeni texnki şərtlərə uyğun olaraq, istifadəçilər axtarış sistemi ilə “vahid pəncərə” (yanvar 2008-ci il) tətbiq edilənə qədər qeydiyyata alınan şirkətlər barədə arxiv məlumatını əldə edə bilərlər.
Qeyd edək ki, bu ilin iyulunda dövlət başçısının sərəncamı ilə Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Bu struktur həmçinin kommersiya fəaliyyəti subyektlərinin dövlət qeydiyytaı ilə məşğul olacaq. 08B
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 14:46
-
- Cəmiyyət
- 14 Sentyabr 2012 14:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz