DSMF tender elan edib
Dövlət Sosial Müdafiə Fondu (DSMF) dövlət sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 400 min ədəd plastik kartın alınmasına dair tender elan edib.
Fondun elanında bildirilir ki, tenderin şərtlərinə əsasən, qalib seçilərkən aşağıdakı meyarlar nəzərə alınacaq: ən səmərəli təklif, yüksək keyfiyyət, analoji işlərin yerinə yetirilməsi sahəsində təcrübə, kadr potensialı, sifarişin yerinə yetirilməsi üçün maliyyə və texniki imkanların olması.
Tenderdə iştirak edən şirkətlər vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayışı tender komissiyasına təqdim etməlidirlər.
Bundan başqa, son 1 il ərzində maliyyə vəziyyətinə dair bank arayışı, son bir il ərzində vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatı, kadr, maliyyə və texniki potensial haqqında rəsmi məlumatlar təqdim etməlidirlər.
Tenderdə iştirak haqqı 250 manat təşkil edir. Tender təklifləri 2015-ci il oktyabrın 1-nə qədər qəbul ediləcək. Təkliflər oktyabrın 2-də qiymətləndiriləcək.
Azərbaycanda sosial sığorta şəhadətnamələri 2006-cı ildən etibarən sosial sığortanın fərdi uçotuna əsaslanan yeni pensiya sisteminə keçidlə əlaqədar olaraq verilir. Hər bir sığortaçı 13 rəqəmli fərdi koda malik şəhadətnamə alıb. Şəhadətnamədə 1-8-ci rəqəmlər sığortaçının doğum tarixini, 9-13-cü rəqəmlər onun fərdi nömrəsini əks etdirir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz