Dünya Bankı aqrar sahəni gücləndirir
Mayın 2-ci yarısında aqrar-sənaye kompleksində rəqabəti gücləndirən layihəyə başalnılacaq.
Dünya Bankının (http://www.worldbank.org/content/dam/Worldbank/document/Azerbaijan-Snapshot.pdf) məlumatına görə, layihədə məqsəd sanitar və firosanitar xidmətlərin yaxşılaşdırılması yolu ilə istehsalçıların bazara çıxışını yaxşılaşdırmaqdır. Layihə müəllifləri kəndlilərin bazara çıxışını da düşünür. Layihənin məqsədi fitosanitar xidmətlərin gücləndirilməsi, aqrobiznes müəssisələri üçün maliyyə xidmətlərinin təqdim edilməsi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxışını asanlaşdırmaqdır.
Əvvəllər məlumat verilmişdi ki, Dünya Bankının (DB) Direktorlar Şurası kənd təsərrüfatı sektorunda rəqabətliliyin gücləndirilməsi ilə bağlı layihənin reallaşdırılması üçün Azərbaycana 34,5 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Layihə çərçivəsində kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması, emalı və qablaşdırılmasından başlayaraq pərakəndə ticarət şəbəkəsinə çıxışına qədər tam istehsal və satış silsiləsinin yaradılması planlaşdırılır.
Layihə 31 dekabr 2018-ci ilə kimi davam edəcək.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Əməkdaşlıq dövrü ərzində Azərbaycan hökuməti DB ilə 51 layihə üzrə ümumi məbləği 3,35 milyard ABŞ dolları təşkil edən kredit sazişləri imzalayıb. --17D—
-
- Bazarların icmalı
- 14 May 2014 15:59
-
- İqtisadiyyat
- 14 May 2014 16:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz