2013-cü ildə Azərbaycanda varlı ailələr (adambaşına aylıq gəliri 300 manatdan çox olanlar) 5,2% təşkil edib. Bu, 2012-ci ildəkindən 0,2% azdır. Gəliri 300 manatdan çox olanlar 3,2%-dən 5,4%-ə yüksəlib, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Məsələ burasındadır ki, Azərbaycanda ailə gəlirləri təsnif ediləndə üst hədd 300 manat götürülüb. İlk, aşağı səviyyə adambaşına 95 manat, ikinci səviyyə 100 manatdır və artım 10 manat üzrə davam edir. Əhalinin gəlirləri Dövlətstatkom tərəfindən ev təsərrüfatları öyrənilərək müəyyən edilib.
Təsnifata əsasən, nisbətən varlıların çoxu Bakıdadır. Bakılıların 11,1%-nin adambaşına aylıq gəliri 300 manatdan çoxdur. Bu, ötən ilkindən 6% çoxdur. Paytaxtda ailələrin 43%-də hər ailə üzvü 200 manat və daha çox qazanır. Ölkə üzrə bu ailələr 28,3%-dir.
Bakıda 100 manatadək gəliri olanlar 0,7% təşkil edir. Ölkə üzrə bu göstərici 0,5%-dir. Naxçıvan MR-da ayda adambaşına 105 manatdan az qazanan ailə yoxdur.
Dağlıq Şirvan iqtisadi rayonunda varlılar daha azdır – 1,2%. İl ərzində onların sayı 0,8% azalıb.
2013-cü ildə adambaşına ayda 100-200 manat və 200-300 manat alanların strukturunda dəyişiklik olub. 2012-ci ildə adambaşına ayda 100-200 manat qazananlar 75,3% olub, ötən il 65,6%-ə düşüb. Adambaşına ayda 200-300 manat qazananlar artıb - 23,1% (2012-ci ildə 19,4%).--08B—
-
- İqtisadiyyat
- 14 May 2014 16:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz