Düyü istehlakı kəskin azalıb

Bu ilin I yarısında Azərbaycana leqal şəkildə 3433,9 ton düyü idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, bir neçə dəfə azdır.

Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycana Hindistan, Pakistan və başqa ölkələrdən 18 min ton düyü gətirilib. Bəyan edilən idxal həcmi 2012-ci  illə müqayisədə 1,8% artıb. 2013-cü ildə yerli istehsal həcmi 5 min ton olub. Bu, əvvəlki ildəkindən 27% çoxdur, deyə Dövlətstatkom bildirir.

3 mln nəfər əhalisi olan və düyü istehsal edilmyən Ermənistanda Azərbaycandakından çox düyü yeyilir. 2013-cü ildə bu ölkəyə 10 271 ton düyü idxal edilib. Ermənistanda 1 kq düyü gömrükdə 67,8 sentdən, Azərbaycanda 36,8 sentdən sənədləşdirilib. Bu ilin I yarısında Azərbaycanda idxal düyüsü $0,51-ə sənədləşdirilib. Pərakəndə satışda düyü 1,70 manat və ya $2-a satılır.   

2013-cü ildə Gürcüstana ümumi məbləği $7 mln olan (+29%) düyü idxal edilib. Ermənistana idxal da təxminən bu qədərdir. 08B

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti