İnflyasiya illik hesablamada 1,6% olub

Bu ilin 10 ayında Azərbaycanda istehlak qiymətləri 1,6% artıb. Xaçmaz rayonunda bu göstərici 7,5% təşkil edib.  

Dövlətstatkoma görə, 2014-cü ilin yanvar-oktyabrında ötən ilin  eyni dövrü ilə müqayisədə ərzaq 1,1%, qeyri-ərzaq malları 3,6%, xidmətlər 0,4% bahalanıb.

Turist zonası və meyvə-tərəvəz regionu olan Xaçmazda ərzaq 10,5%, qeyri-ərzaq malları8,1% bahalanıb.

Dövlətstatkom Bakıda ölkə səviyyəsinə yaxın inflyasiya qeydə alıb. Naxçıvanda deflyasiya gedir: bu il qiymətlər orta hesabla 0,7% düşüb.   08B

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti