Əcnəbilərin qeydiyyatı şəffaf olacaq
Üç gündən çox müddətə Azərbaycana gələn əcnəbilər və vətdaşlığı olmayan şəxslər qeydiyyat qaydaları ilə tanış ola bilərlər.
Miqrasiya Xidmətinin məlumatına görə, Miqrasiya Məcələsinin tələblərinə uyğu olaraq, Nəqliyyat Nazirliyinin nəqliyyatı intellektual idarəetmə mərkəzinin xətti ilə paytaxtın avtobus dayanacaqlarında Xidmətin müxtəlif dillərdə təqdim etdiyi videoçarxlar və slaydlar nümayiş etdirilir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yenicə istifadəyə verilmiş aerovağzal kompleksində, Bakı dəmir yolu vağzalında quraşdırılmış xüsusi monitorda qeydiyyat prosesi barədə məlumat verilir. Xəzər Dəniz Gəmiçiliyinin Bakıdan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı dəniz limanlarınavə əks istiqamətə reyslər həyata keçirən gəmilərində də DMX-nın təqdim etdiyi video çarx və slaydlar nümayiş olunur.
Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata düşməlidir. --17D—
-
- İqtisadiyyat
- 7 İyun 2014 12:43
-
- Cəmiyyət
- 7 İyun 2014 13:16
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz