ƏƏSMN gənclərin məşğulluğu ilə bağlı yeni konsepsiyaya keçir
Bakıda “Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb. Tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatı (BƏT) birgə təşkil edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, rəhbərlik etdiyi qurum gənclərin məşğulluğu ilə bağlı yeni konsepsiya hazırlayır.
«Hazırda Azərbaycan Respublikasında mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə yeni Məşğulluq Konsepsiyasının hazırlanması üzrə işlər aparılır və bu Konsepsiyada gənclərin məşğulluğunun artırılması məsələlərinə xüsusi yer ayrılacaqdır. Gənclərin məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi həm ölkə miqyasında, həm də hər bir müəssisə səviyyəsində əməyin məhsuldarlığının artmasına imkan yaradacaq, bu isə öz növbəsində BƏT-in layiqli əmək konsepsiyasının həyata keçirilməsini təmin edir”, deyə o bildirib. --17D—
-
- İqtisadiyyat
- 9 Sentyabr 2015 14:57
-
- Cəmiyyət
- 9 Sentyabr 2015 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz