Ekspert manatın təhlükəsiz üzən məzənnəyə keçməsinin yolları barədə
Tədiyə balansının indiki tablosu - $7,4 mlrd.-a yaxın qeyri-neft kəsiri ilə manatın real məzənnəsinin hansı nöqtədə qərarlaşacağını proqnozlaşdırmaq imkansızdır. Amma ümumi nəticəni proqnozlaşdırmaq mümkündür - yekun nəticə güclə ayaq üstə tab gətirən iqtisadiyyatın tap kollapsı ola bilər. Bu barədə iqtisadçı Rövşən Ağayev milli valyutanın tam üzən məzənnəyə keçməsi ilə bağlı hökumətin planlarını şərh edərkən bildirib.
9 ayın yekunlarına görə, xarici ticarət balansı üzrə kəsir $4 mlrd. 145 mln., xidmətlər balansı üzrə $312 mln., maliyyə əməliyyatları üzrə $2 mlrd. 935 mln. təşkil edir.
R.Ağayevin fikrincə, manat o zaman dayanıqlı valyuta kimi sərbəst üzən məzənnəyə keçəcək və bu keçid iqtisadiyyat üçün dağıdıcı olmayacaq ki, tədiyə balansının qeyri-neft kəsirinin indiki nəhəng məbləği ən ideal halda profisitlə əvəzlənəcək, ən pis halda minimuma enəcək.
Qeyd edək ki, hökumət manatın məzənnəsinin tənzimlənməsindən imtina edərək tam üzən məzənnəyə keçməyi planlaşdırır.08D
-
- Siyasət
- 20 Dekabr 2016 12:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz