Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edilib
Elman Rüstəmov və Xaqani Abdullayev Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvləri təyin edilib. Bu qərarı Milli Məclisin aprelin 3-də keçirilən plenar iclası qəbul edib.
Deputatlar Elman Rüstəmovun fəaliyyətini müsbət qiymətləndiriblər.
“Elman Rüstəmov çox peşəkar kadrdır”, deyə Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib.
Elman Rüstəmov 1995-ci ilin yanvarından Mərkəzi Bankın İdarə Heyətinin sədridir. Xaqani Abdullayev isə 2010-cu ildə İdarə Heyətinin üzvü seçilib.
E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır. Mərkəzi Banka sədr Azərbaycan Prezidentinin sərəncamı ilə təyin edilir.
Xatırladaq ki, 2013-cü ildən Ellman Rüstəmovun adı Avstriyada Azərbaycan milli valyutasının çapı zamanı rüşvət almaqda hallanır.
Vyana prokurorluğu “Bloomberg” agentliyinə bildirib ki, Azərbycan və Suriya mərkəzi banklarının rəhbərləri pul çapı üçün müqavilələrə görə Avstriya mərkəzi Bankından rüşvət alıblar. “83 səhifəlik ittihamnaməyə görə, Azərbaycan və Suriya banklarının rəhbərləri Elman Rüstəmov və Abid Malayev 14 milyon avro məbləğində rüşvət alıblar”, deyə agentlik yazıb.
Azərbaycan Mərkəzi Bankının mətbuat xidməti Vyana prokurorluğunun məlumatını təkzib edib. -03D-
-
- İqtisadiyyat
- 3 Aprel 2015 14:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz