Emal sənayesində ciddi geriləmə
Bu ilin yanvarında emal sənayesində istehsal illik hesablamada 11,3% azalıb. Mütəxəssislərin fikrincə, bu, manatın möhkəmlənməsi və neft gəlirlərinin azalması ilə bağlı durğunluq, hətta böhran simptomu ola bilər.
Dövlətstatkoma görə, yanvarda emal sənayesində istehsal həcmi 537,5 mln manat olub. Emal sənayesində istehsalın 36-37%-i qida və neft emalının payına düşüb. Bu sahələrdə istehsal 9,6% və 17,1% azalıb.
Ötən ay emal sənayesinin bir sıra sahələrində azalma olub. Məsələn, tikiş sənayesində istehsal həcmi 1 mln manat təşkil edib. Bu, müqayisəli qiymətlərlə ötən ilin yanvarındakından 80% azdır. Poliqrafiya sənayesində 46,7% azalma olub (3,2 mln manat). Maşın və avadanlıq istehsalı (20,8 mln manat) 12% azalıb.
Hökumət iqtisadiyyatın şaxələndirilməsi siyasətindən danışır. Bu ilin yanvarında qeyri-neft ÜDM-in xüsusi çəksisi 70,5% olub. Ötən il bu göstərici 54,5% təşkil edib. Amma bunun səbəbi təkcə qeyri-neft iqtisadiyyatın artımı yox, həm də neft-qaz məhsullarının azalmasıdır. 08B
-
- İqtisadiyyat
- 19 Fevral 2015 11:42
-
- İqtisadiyyat
- 19 Fevral 2015 12:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz