Xarici dövlət borcu 6,9% artıb
2015-ci il yanvarın 1-i üçün Azərbaycanın xarici dövlət borcu 5,081.5 milyon manat (6,478.2 milyon ABŞ dolları) olub, deyə Maliyyə Nazirliyi bildirir. İl ərzində xarici dövlət borcu 328,3 mln manat və ya 6,9% artıb.
Əvvəlki illərdən fərqli olaraq, Maliyyə Nazirliyi son 5 ildə xarici mənbələrdən borclara xidmət və borc alınması əməliyyatlarının hərəkətini açıqlamır. 2014-cü ilin dövlət büdcəsinə əsasən, ötən il xarici borcun ödənilməsinə 697,2 mln manat yönəldilib. Bunun 492,6 mln manatı və ya 70,6%-i əsas borcun payına düşür. Bu da məlum deyil ki, 2014-cü ilin martında yerləşdirilən $1 mlrd 250 mln məbləğində dövlət istiqrazları ümumi xarici borca daxil edilibmi?
Maliyyə Nazirliyinin məlumatına görə, 2015-ci il yanvarın 1-i üçün xarici borcun üçdə ikisi ABŞ dolları, 21,4%-i avro, 9,9%-i SDR (BVF-nin xüsusi borc hüququ) ilə olub.
Hazırda bir nəfərə düşən xarici dövlət borcu $675,3-dır. Bu, 2014-cü ildəkindən $63 və ya 10,3% çoxdur. 08D
-
- Cəmiyyət
- 19 Fevral 2015 09:59
-
- İqtisadiyyat
- 19 Fevral 2015 12:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz