- İqtisadiyyat
- 19 Fevral 2015, 12:24
- 136
Azercell Telekom ötən ilə yekun vurub
Bakı/18.02.15/TURAN Ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olan “Azercell” ötən il Azərbaycanda telekommunikasiyanın inkişafına təxminən 57 milyon manat vəsait qoyub (2013-cü ildə 84,5 mln).
Şirkətin yeni hesabatının təqdimat mərasimində “Azercell Telekom”un prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev bildirib ki, şirkət ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırıb.
2014-cü ildə “Azercell” dövlət büdcəsinə təqribən 112 milyon manat, 18 il ərzində isə 1.11 milyard manat vəsait ödənilib. Ötən il "Azercell Telekom" şirkət 169-dan çox baza stansiyası quraşdıraraq, onların sayını 4 690-a çatdırıb. “3G” şəbəkəsinin tutumunun ölkə üzrə 48%, Bakıda 92 %-ə çatdırılmasına nail olub.
"Azercell Telecom" 1996-cı ildə yaradılıb. Mobil rabitə bazarının 51,3%-ə nəzarət edir. “Azercell”in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni və ya 4,5 milyon nəfərdən çox insanı əhatə edir. --17D--
-
- İqtisadiyyat
- 19 Fevral 2015 12:21
-
- İqtisadiyyat
- 19 Fevral 2015 12:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz