- İqtisadiyyat
- 19 Fevral 2015, 12:26
- 140
İl ərzində Azərbaycanın xarici borcu 300 mln manat artıb
2014-cü il ərzində Azərbaycanın birbaşa və zəmanətli xarici borcu 5 mlrd 81,5 mln manat ($6 mlrd 478,2 mln) təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2013-cü ildəkindən (4 mlrd 753,2 mln manat) 6,9% çoxdur.
Azərbaycanın xarici borcunun 32,5%-i 20 ildən yuxarı müddətə cəlb edilmiş kreditlər, 60,2%-i 10-20 il müddətinə götürülmüş kreditlər, 7,3%-i 10 il müddətinə götürülmüş kreditər təşkil edir.
Kredit vəsaitləri beynəlxalq və digər maliyyə institutlarından iqtisadi islahatların dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, o cümlədən su təchizatının yaxşılaşdırılması, elektrik stansiyalarının, avtomobil yollarının tikintisi, dəmir yolu və aviasiya xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin reallaşdırılması və s. məqsədlər üçün cəlb edilib.
Yerli və beynəlxalq müşahidəçilərin fikrincə, ölkədə bu vəsaitlərin istifadəsinə nəzarət çox zəifdir. Hətta hesablama Palatası illik hesabatlarında bu mövzudan yan keçir. --17D—
-
- İqtisadiyyat
- 19 Fevral 2015 12:24
-
- İqtisadiyyat
- 19 Fevral 2015 12:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz