ƏMDK elektron hərraca hazırlaşır
Əmlka Məsələləri Dövlət Komitəsi ixtisaslaşdırılmış pul hərracları üçün elektron platforma təşkil edəcək. Bu yolda ilk addım atılıb: proqram təminatı hazırlayacaq şirkət seçilib.
Satınlamalar üzrə Dövlət Agentliyinin məlumatına görə, ƏMDK “MinA” şirkətini seçib. Müqavilə qiyməti 9558 manatdır.
Turan İA bu mexanizmin tətbiq müddəti barədə suala cavab ala bilməyib. ƏMDK-nin mətbuat xidməti və “qaynar xətt” telefonu susur.
İxtisaslaşdırılmış pul hərracları 31 dekabr 2010-cu ildə çek hərracları başa çatandan sonra başlayıb. 3 ilə 7 hərrac keçirilib. Onlarda 10 SC-nin səhmlərinin 70%-i satılıb. Sonuncu dəfə belə hərrac 2013-cü ilin avqustunda keçirilib.
İxtisaslaşdırılmış pul hərraclarının iştirakçıları bildirir ki, ƏMDK yanında Hərracların Təşkili Mərkəzində onlara səhm almaq üzrə pul vəsaitləri qoymaqda qanunsuz məhdudiyyətlər var. Hərraclar 5 gün çəkir. Pul nağd ödənilməlidir.
Hazırda ƏMDK dövlət əmlakına keçən daşınan və daşınmaz əmlakın satışında elektron platformadan istifadə edir.
ƏMDK özəlləşdirilən obyektlərin səhmlərinin 30%-45%-nin, eləcə də dövlət müəssisəsi və obyektlərinin, avtonəqliyyat vasitələrinin, yarımçıq tikili və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üzrə hərraclar keçirir. ƏMDK-nin bu hərracların sivil qaydada keçirilməsi üzrə planı yoxdur. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz