Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 1,3 mln nəfər istifadə edib
Avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xidmətindən 1 mln 272 min 164 vətəndaş istifadə edib. Bu “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17 faizi deməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Turan-a bildiriblər ki, keçirilən növbəti interaktiv sorğunun nəticələri əhalinin nazirliyin elektron xidmətlərindən istifadəyə böyük maraq göstərdiyini təsdiq edir. Belə ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi elektron xidmətlərdən istifadə edirsinizmi?” sualını cavablandıran 3 min nəfərdən 2777 nəfəri, yəni 93,3 faizi bu sualı müsbət cavablandırıb.
Bundan başqa, 142 nömrəsi ilə məsləhət xidməti göstərilir. Əlavə 5 düyməsini basıb nazirliyin elektron xidməti ilə bağlı təlimat almaq olar. --17D—
-
- Cəmiyyət
- 1 Sentyabr 2015 12:48
-
- İqtisadiyyat
- 1 Sentyabr 2015 14:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz