Əmlak vergisi renta ilə əvəzlənib
Fiziki şəxslər üçün əmlak və torpaq vergisi forması dəyişdirilib. Əgər əvvəl vergi əmlakın inventar qiymətinə (mənzilin qiymətinin 0,1%-i) bağlı idisə, indi sahədən asılı olaraq renta ödəniləcək.
Dövlət başçısının Vergilər Məcəlləsinə düzəlişi təsdiq edib və o, 1 yanvar 2015-ci ildən qüvvəyə minir. Mənzil və torpaq sahəsi üçün müxtəlif sxemlər qoyulub. Əmlak vergisi 30 m2 -dən çox mənzil sahəsindən tutulacaq. Bakıda minimumdan artıq 1 m2 üçün dərəcə 40 qəpik, Gəncə, Sumqayıt və Abşeronda 30 qəpik, qalan şəhər və rayonlarda 20 qəpik, qəsəbə və kəndlərdə 10 qəpik olacaq.
Paytaxtda əhalinin sıxlığı və daşınmaz əmlak sahiblərinin təminatı nəzərə alınmaqla səlahiyyətli orqan əlavə əmsal tətbiq edə bilər: 0,7-dən 1-ə qədər və 1-dən 1,5-ə qədər. Yanvarın 1-dən mənzil vergisini bələdiyyələr yığacaq.
Torpaq vergisində dərəcə 100 m2 sahəyə bağlıdır. Paytaxtda 1 ha-dan az sahənin hər sotuna 60 qəpik ödəniləcək. Hektardan çox olanda hər sota 1,2 manat ödəniləcək. Gəncə, Sumqayıt və Abşeronda dərəcə 50 qəpik və 1 manat, başqa şəhər və rayonlarda 30 və 60 qəpik, qəsəbə və kəndlərdə 10 və 20 qəpik olacaq.
Kommersiya torpaqlarının 1 hektarı sahibkara 10 manata, hektardan çoxu 20 manata, Gəncə, Sumqayıt və Abşeronda 8 və 16 manata, başqa şəhər və rayonlarda 4 və 8 manata, qəsəbə və kəndlərdə 2 və 4 manata başa gələcək. --17D—
-
- İqtisadiyyat
- 12 Avqust 2014 19:05
-
- Siyasət
- 13 Avqust 2014 02:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz