Əmtəə dövriyyəsi sürətlə azalır
Bu ilin 4 ayında Azərbaycanın dünyanın 122 ölkəsi ilə xarici ticarət dövriyyəsi $9,9 mlrd olub. Bu, ötən ilin eyni dövründəkindən 14,4% azdır. Azərbaycan karbohidrogen ixracı, qara metal və nəqliyyat vasitələri tədarükünü azaldıb. Bu, ticarət əməliyyatlarına mənfi təsir edib.
Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan əmtəə ixracı ($7 156,1 mln) 15% azalıb. Xam neft ixracı ($6 148,5 mln) 12,6%, neft məhsulları ixracı ($328,3 mln) – 20,3% və qaz ixracı ($175,8 mln) – 51,8% azalıb. İlin əvvəlindən ixracatda neft və qazın payı 92,97% olub.
Bu ilin yanvar-aprelində $2 mlrd 734,7 mln qiymətində mal idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 13% azdır.
Qara metal ($265,4 mln) və nəqliyyat vasitələri ($252,8 mln) idxalı 36,3% və 26% azalıb. Ərzaq idxalı ($339,4 mln) pul ifadəsində 6,9% artıb.
İdxal portfelində investisiya təyinatlı mallar (maşın, avadanlıq, elektrik cihazları və s) üstünlük təşkil edir - $893,7 mln və ya 32,6%.
Xarici ticarət dövriyyəsinin müsbət saldosu $4 421 mln təşkil edib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz