Bank əmanətləri üzrə dərəcənin azaldılması maliyyə risklərini azaltmayacaq
Bu gündən əhalinin sığortalanan əmanətləri üzrə dərəcə 1% azaldılaraq 9% təşkil edir. Əmanətlərin Sığortalanması Fondunun qərarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Turan-a şərh edib.
Onun sözlərinə görə, bu, son 2 ildə (ötən ilin avqustunda 12-dən 10%-ə endirilib) ikinci azalmadır. Halbuki kreditlərin dərəcəsi yüksək olaraq qalır. AMB bank kreditlərinin dərəcəsini azaltmadığı təqdirdə borcalanların hüququ pozulmaqda davam edəcək.
Həmçinin kommersiya bankları ADIF-in şərtlərini pozaraq, əhaliyə təklif edir ki, vəsaitləri 12% və yüksək faizlə yerləşdirsin. AMB-nin müvafiq tövsiyələri özəl maliyyə strukturları iflasa uğrasa, minlərlə əamnətin riskinin qarşısını alardı, deyə iqtisadçı düşünür. Təəssüf ki, nə Fond, nə də AMB qərara etina etmir. Halbuki «mənfəətli» əmanətlər qanuna zidd olaraq reklam edilir.
Bundan əlavə, Fond sığortalanan əmanətlərin üst həddini 30 min manatdan yüksəyə qaldırmalıdır. 2008-ci ilədəki Polşada 22,5 min avro sığortalanırdı, 2009-cu ildə bu göstərici 100 min avroya yüksəldildi. ADIF-in məhdudiyyəti rezident və qeyri-rezidentləri məcbur edir ki, bir neçə hesab açsın, bu da hüquq pozuntusudur, deyə iqtisadçı bildirir. Əmanətlərin Sığortalanması Fondunun üzvü 42 bankdır. --17D—
-
- Cəmiyyət
- 21 May 2014 12:16
-
- İqtisadiyyat
- 21 May 2014 13:24
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz