Əsas stasionar telefon rabitəsi operatorunun mənfəəti 2 dəfə azalıb
2014-cü ildə ”Aztelekom” MMC-nin gəlirləri 97,8 mln manat olub. Bu, 2013-cü ildəkindən 15,9% azdır, deyə şirkətdə Turan-a bildiriblər.
Ötən il Aztelekomun əməliyyat mənfəəti 2,4 mln manat olub. Bu, 2013-cü ildəkindən 2 dəfə azdır.
Maliyyə hesabatına əsasən ( http://aztelekom.org/index.php?id=2400), 57 şəhər və rayonda əsas vəsaitlərin alınmasın, eləcə də internetə investisiyalar (provayder Aztelekom.net) 2014-cü ildə 39,4 mln manat olub. Bu, 2013-cü ildəkindən 4,4 mln manat azdır.
2014-cü ildə müştərilərin debitor borcları 58,9 mln-dan 64,1 mln manata artıb. Aztelekomun 119,5 mln manat öhdəlikləri də var. İl ərzində kreditor borcları 35% artıb. Bunun 9,6 mln manatı vergi və başqa öhdəliklərdir. --08B—
-
- İqtisadiyyat
- 5 Avqust 2015 12:49
-
- Cəmiyyət
- 5 Avqust 2015 13:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz