"Əsrin müqaviləsi" çərçivəsində hasilat sürətlə azalır
2012-ci ilin I yarısında “Azəri-Çıraq-Günəşli” kontrakt meydançasında orta sutkalıq hasilat 684 min barrel olub. Bu, ötən ilin eyni dövründəkindən 91,7 min barrel azdır. Bu barədə BP-Azerbaijan (“Azəri-Çıraq-Günəşli”nin operatoru) şirkətinin yarım illik hesabatında bildirilir.
Bu müddətdə kontrakt meydançasında 124,5 mln barrel və ya 16,8 mln ton neft çıxarılıb. Ötən ilin eyni dövründə bu həcm 140,4 mln barrel və ya 19 mln ton idi.
Hazırda konsorsium AÇG-də hasilatı dənizin dərinliyinin 120-160 metr olduğu 5 stasionar platformadan həyata keçirir. I yarımildə ən məhsuldar platforma "Qərbi Azəri" olub. Orada 13 istismar quyusunda sutkada 186 min barrel neft çıxarılıb.
Xatırladaq ki, 2010-cu ilin ilk 6 ayında "Əsrin müqaviləsi" çərçivəsində sutkada 827,6 min barrel neft çıxarılıb. --12В—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz