Ət idxalı 31,3% azalıb
Bu ilin doqquz ayı ərzində idxalçılar Azərbaycana 4372,8 ton quş əti gətirib. Bu, 2014-cü ilin eyni dövründən 31,3% azdır.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, toyuq və hinduşka ətinin bir kiloqramı xaricdən orta hesabla 0,81 dollara alınır, bu, ötən ildəkinn 5 sent bahadır.
Dövlət Statistika Komitəsinin müşahidəsinə görə, pərakəndə satışda yerli istehsal olan toyuq ətinin orta qiyməti 3,34 manat, xarici istehsal toyuğun qiyməti – 4,11 manat olub. “Buşun” budları 2,52 manata təklif edilir, bu isə bəyannamədə göstəriləndən 4 dəfə bahadır.
Toyuq əti əsasən ABŞ-dan (2154 ton), Braziliya (1218 ton), Türkiyə (562 ton), Belçika (126 ton) və digər ölkələrdən idxal edilir.
Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına görə, bir ildə Azərbaycanda yeyilən ətin üçdə biri qədər - 100 min ton quş əti istehlak edilib.
2014-cü ildə özünütəminat səviyyəsi təxminən 98% təşkil edirdi. Beş il əvvəl bu göstərici 70% təşkil edib. 08B
-
- İqtisadiyyat
- 1 Dekabr 2015 14:59
-
- Söz istəyirəm
- 1 Dekabr 2015 15:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz