FinansLizinq 74 min manatlıq istiqraz emissiya edib
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "FinansLizinq" ASC-nin 74 min manat məbləğində faizli sənədsiz adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
QKDK-nın məlumatında deyilir ki, emissiya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında açıq abunə metodu ilə olacaq.
Sonuncu dəfə bu ilin martında şirkətin 500 min manat məbləğində faizli sənədsiz təminatsız adlı istiqrazlarının emissiya prospekti illik 14%-lə qeydiyyata alınıb.
FinansLizinq lizinq bazarında 2007-ci ildən fəaliyyət göstərir. Səhmdarları 16 fiziki şəxsdir. --15B--
-
- Siyasət
- 4 Dekabr 2013 15:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz