- İqtisadiyyat
- 11 Dekabr 2013, 16:52
- 179
FinansLizinq-də səhmdarların payı yenidən bölünür
"FinansLizinq" ASC-nin 74 min manatlıq səhmləri Bakı Fond Birjasında yerləşdirilib.
Nominalı 1 min manat olan 74 min adi sənədsiz adlı səhmin emissiyası bu ayın əvvəlində qeydiyyata alınıb. Birjanın məlumatına görə, bütün səhmlər iki əqd çərçivəsində (iki investor) satılıb. Maraqlıdır ki, bir gün əvvəl təkrar bazarda bu şirkətin 54 min və 53 min manatlıq səhmlərinin alqı-satqısı üzrə iki əqd olub. Anderrayter xidmətini "Texnika Kapital Menecment” MMC göstərəcək. Hazırda emissiyanın 100%-i yerləşdirilib. Beləliklə, ödənilmiş nizamnamə fondu 1 mln manata çatıb.
FinansLizinq 2007-ci ildən fəaliyyət göstərir. Səhmdarları 16 fiziki şəxsdir. --15B--
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 16:51
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 16:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz