- İqtisadiyyat
- 11 Dekabr 2013, 16:57
- 177
TuranBank on bir aya yekun vurub
2013-cü ilin dekabr ayının 1-ə TuranBankın aktivləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 16,59%, ilin əvvəli ilə müqayisədə isə 11,86% artaraq 242,823 mln manat təşkil edib. Hesabat tarixinə bankın kredit portfelinin qalığı 2013-cü ilin əvvəli ilə müqayisədə 12,78%, 2012-ci ilin analoji dövrü ilə müqayisədə isə 14,63% artaraq 181,893 mln. manata çatıb.
Yanvar-noyabrda Bankın müştəri hesabları və depozit portfeli 109,3 mln manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 32,2% artaraq 57,884 mln manat olub.
1 dekabr 2013-cü il tarixinə Bankın nizamnamə kapitalı 40 mln manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 33,34% çoxdur. Bankın məcmu kapitalı ilin əvvəli ilə müqayisədə 43,61%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 33% artaraq 45,769 mln manat təşkil edib.
Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 27 səhmdar olmaqla 5 hüquqi (23,84%) və 22 fiziki şəxsdən (76,16%) ibarətdir.
2013-cü ilin yanvar-noyabr aylarında Bankın gəlirləri 25,110 mln manat, xərcləri isə 20,234 mln. manat təşkil edib. Hesabat dövrü ərzində balans mənfəəti 4,876 mln manata çatıb.—15D--
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 16:52
-
- İqtisadiyyat
- 11 Dekabr 2013 17:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz