"Finca Azerbaijan" MMC-nin şəbəkəsi genişlənir
"Finca Azerbaijan" MMC filial şəbəkəsini genişləndirəcək, deyə 2013-cü ilin I yarısının yekunlarına həsr edilmiş mətbuat konfransında şirkətin direktoru Maniş Sane bildirib. Onun sözlərinə görə, III rübdə Siyəzəndə ofis açılıb. Növbədə Abşeron rayonudur. Gələn il 5 subofis açılacaq.
Təşkilatın ölkədə 64 şöbəsi (31 субофис и 33 филиала) var. Sahibkarların aktivliyinə görə Abşeron İqtisadi rayonu liderdir – kredit portfelinin 15%-i burda cəmləşib.
Təşkilat artıq MilliÖn ödəniş sisteminə qoşulub və ölkədə 800 ödəniş teminalı qurulub.
Ötən il təşkilat «Uğur» mükafatı alıb, deyə Sane bildirib.
"Finca Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir. O, "Finca International" beynəlxalq mikromaliyyə şirkəti şəbəkəsinin bir hissəsidir. "Finca Azerbaijan" 4 aydan 24 aya kimi kredit verir. Məbləğ $50-$50 000 arasında olur. Kreditlər üzrə faiz dərəcəsi 21-36%-dir.--17B—
-
- İqtisadiyyat
- 4 Sentyabr 2013 15:01
-
- İqtisadiyyat
- 4 Sentyabr 2013 15:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz