"Finca Azerbaijan" MMC bank sektorunda rəqabət mühiti yaradılmasına hazırdır
"Finca Azerbaijan" MMC bank sektorunda rəqabət mühiti yaradılmasına hazırdır, deyə 2013-cü ilin I yarısının yekunlarına həsr edilmiş mətbuat konfransında şirkətin direktoru Maniş Sane bildirib. Onun sözlərinə görə, nizamnamə kapitalını 50 mln manata çatdırmaq problem deyil. Nümunə kimi o, 10 mln manat istiqraz emissiyasının ödənilməsini göstərib. Bakı Fond Birjası iyunun 20-də müraciətimizi qəbul etdi. Ödəniş müddəti 3 il olsa da, biz iyulun ilk ongünlüyündə bu işin öhdəsindən gəldik və ilk mənfəət əldə etdik», - deyə o bildirib.
Təşkilat əhaliyə tam xidmət göstərmək niyyətindədir.
"Finca Azerbaijan" başqa analoqlarından daha davamlıdır. Pakistan və Gürcüstanda "Finca" banka çevrilib, Qırğızıstanda sənədlər hazırlanıb, amma Azərbaycanda neçə ildir Mərkəzi Bankla nəticəsiz danışıqlar aparılır.
“Bir sıra bankların nizamnamə kapitalını 50 mln manata çatdırmayıb qeyri-bank kredit təşkilatına çevrilməsindən çəkinmirik”, deyə Sane bildirib – mikrokreditləşməninn 35%-i “Finca”nın payına düşür.
"Finca Azerbaijan" 1998-ci ildən fəaliyyət göstərir. O, "Finca International" beynəlxalq mikromaliyyə şirkəti şəbəkəsinin bir hissəsidir. "Finca Azerbaijan" 4 aydan 24 aya kimi kredit verir. Məbləğ $50-$50 000 arasında olur. Kreditlər üzrə faiz dərəcəsi 21-36%-dir.--17B—
-
- İqtisadiyyat
- 4 Sentyabr 2013 15:02
-
- İqtisadiyyat
- 4 Sentyabr 2013 15:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz