Unibank-ın əməkdaşı peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilib
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi "Unibank" ASC-nin əməkdaşının qanunsuz hərəkətləri faktını aşkarlayıb.
Baş Prokurorluğun məlumatına əsasən, bankın korporativ müştərilərə xidmət üzrə aparıcı mütəxəssisi Mehdi Abdullayev bu ilin mart ayında Bakı şəhərində yerləşən mənzili ipoteka təminatı ilə paytaxt sakini Əliş Nəzərəliyevin adına sənədləşdirməklə kreditin rəsmləşdirlməsi müqabilində ondan 1.300 manat məbləğində pul alıb. Həmçinin 2012-ci ilin may ayında cəmiyyətin Yasamal filialından 3.000 manat məbləğində kredit xətti açdırmaqla həmin hesabdan bankomat kartı vasitəsi ilə 2.000 manat məbləğində pulları çıxararaq şəxsi ehtiyacları üçün istifadə etməklə bankın qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir. --15D--
-
- İqtisadiyyat
- 4 Sentyabr 2013 15:03
-
- İqtisadiyyat
- 4 Sentyabr 2013 15:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz