«FINOKO BOKT»un istiqraz emissiyası
«FINOKO BOKT» qeyri-bank kredit təşkilatı $750 min manat məbləğində istiqraz buraxmağı planlaşdırır.
Bakı Fond Birjasından (BFB) verilən məlumata görə, emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) qeydiyyata alınıb. Emissiya birinin nominal dəyəri $1 min olan 750 istiqrazdan ibarətdir.
İstiqrazlar illik 15% dərəcəsi ilə 3 il müddətinə buraxılacaq.
Yerləşdirmə kütləvi təklif üsulu ilə olacaq. İstiqrazların yerləşdirilməsinin anderrayteri kimi «Unicapital” ASC çıxış edəcək.
“FINOKO BOKT” lisenziyanı 2014-cü ilin sentyabr ayında alıb. Nizamnamə kapitalı 300 min manata bərabərdir, səhmdarları 2 fiziki şəxsdir. --17D—
-
- Cəmiyyət
- 13 Fevral 2015 13:54
-
- İqtisadiyyat
- 13 Fevral 2015 15:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz