"Fitch" agentliyi "Accessbank"ın dayanıqlılıq reytinqini azaldıb
"Fitch" beynəlxalq reytinq agentliyi "Accessbank"ın dayanıqlılıq reytinqini “b+” səviyyəsindən “f” səviyyəsinə endirib.
Turan-ın məlumatına görə, agentlik "Accessbank" ASC-nin emitentin defoltu reytinqini "BB+" səviyyəsində təsdiq edib.
Qərarın izahında bildirilir ki, reytinqin azaldılması bankın məcburi tədbirlər tətbiqindən asılı olmasını əks etdirir. Bu, kapital yetərliliyi tənzimlənməsi qaydalarına əməl edilməməsidir və xarici kapital dəstəyi tələb edir.
Agentlik hesab edir ki, 2016-cı ilin sonunda bankın vaxtı keçmiş kreditləri 27% olub.
EDR-in «ВВ +», dəstək reytinqinin «3» səviyyəsində saxlanılması bankın xarici səhmdarlarının dəstəyi davam etdirməsi ilə bağlıdır.
"Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı Almaniya konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. 71D
-
- İqtisadiyyat
- 2 Fevral 2017 11:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz