Fond bazarında AMB səhmləri nominal dəyərindən yuxarı qiymətə kotirovka olunur
Fond bazarında ABB səhmləri nominal dəyərindən yuxarı qiymətə kotirovka olunur
Dekabrın 6-da keçirilmiş birja məqsədli alqı-satqı zamanı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hər səhmi üzrə əqdin qiyməti 0,34 manat təşkil edib. Bu, həmin qiymətli kağızların nominal dəyərindən 25,9% çoxdur.
ABB səhmlərinin birja kotirovkası bu ilin noyabrında artmağa başlayıb. Şəhm zərfi bir ədəd səhmin qiyməti 30 qəpik olmaqla satın alınmışdı Bu ilin iyul ayında ABB səhmdarlarının ümumi yığıncağı 2022-ci il üçün mənfəətdən dividend şəklində 156,6 milyon manatın bölüşdürülməsi barədə qərar qəbul edib.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmlərinin 3,4%-i fiziki və özəl hüquqi şəxslərə məxsusdur. Səhmlərin yerdə qalan 96,6%-i Maliyyə Nazirliyinin (92,56%), İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (3,81%) və “Aqrarkredit” QSC-nin (0,23%) şəxsində dövlətə məxsusdur. Bankın nizamnamə kapitalı 1 milyard 225,6 milyon manatdır. 08B
-
- Maliyyə
- 8 Dekabr 2023 14:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz