Gələn ilin yanvarından ABB islam bankinqi çərçivəsində maliyyələşməyə başlayacaq
Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam Bankçılığının ölkədə tətbiqi layihəsi çərçivəsində “İslam pəncərəsi” açıb.
Bankdan verilən məlumata görə, islam bankinqi mərhələli tətbiq ediləcək. İdarə Heyətinin qərarı ilə ABB-də İslam Bankçılığı departamenti yaradılıb. Departamenin direktoru vəzifəsinə Behnam Qurbanzadə təyin olunub.
Yaxın üç ay ərzində departamentin yeni ofisə yerləşdirilməsi, işçi heyətinin tam formalaşması, maliyyələşdirmə xəttlərinin və cari layihələrin departamentin idarəçiliyinə verilməsi, investisiya portfelinin formalaşması və s. kimi məsələlər həll olunacaq.
2013-cü ilin yanvar ayından fiziki və hüquqi şəxslərin maliyyələşdirilməsi və müştərilərə xidmətlərin göstərilməsi başlanılacaq. --15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz