- İqtisadiyyat
- 19 Noyabr 2012, 14:03
- 198
GəncəBank-ın depozit portfeli 11,8% artıb
2012-ci ilin yanvar-sentyabrında "GəncəBank" ASC-nin aktivləri 7,9% artaraq 52,02 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 6,4% artaraq 38,15 mln manat olub.
Bankın ümumi öhdəlikləri 29,61 mln-dan 34,41 mln manatadək artıb. Depozit portfeli 11,8% genişlənərək 5,31 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 9,3% artaraq 5,05 mln manat olub.
Balans kapitalı 5,2% azalaraq 17,61 mln manat, məcmu kapital 6% azalaraq 14,66 mln manat olub. . Ödənilmiş nizamnamə fondu 15 mln manat səviyyəsində qalıb. Bankın gəlirləri 1,86 mln manat, xərcləri 2,31 2,31 mln manat olub. Onlar ötən ilin eyni dövrü ilə müqayisədə 26,5% və 8,3% azalıb. Bankın ziyanı 450 min manat təşkil edib. --15B--
-
- Cəmiyyət
- 19 Noyabr 2012 14:01
-
- İqtisadiyyat
- 19 Noyabr 2012 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz