Gəncədə AzərTürk Bankın filialı açılıb
Gəncə şəhəri, M.A.Abbaszadə küç.35 ünvanında AzərTürk Bankın filialı açılıb.
Gəncə filialı həftəiçi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. Burada fərdi və korporativ müştərilərə depozitlər, müxtəlif növ kredit məhsulları, valyuta mübadiləsi, ödəniş kartları, hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri göstərilir.
Xatırladaq ki, bu, "Azər Türk Bank"ın 2015-ci il ərzində istifadəyə verilmiş sayca beşinci yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində Bankın “Yasamal” filialı və 5 saylı ASAN Xidmət Mərkəzində 1 saylı şöbəsi yaradılıb. Eyni zamanda “Bakı” və “Mərkəz” filiallarının müasir standartlara uyğun qurulmuş yeni ofislərinin açılışı olub.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. --17D—
-
- İqtisadiyyat
- 14 Oktyabr 2015 13:40
-
- Siyasət
- 14 Oktyabr 2015 15:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz