Gəncədən Mineralnı Vodıya uçmaq olacaq
“Azərbaycan Hava Yolları” (AZAL) QSC bu gün məlumat yayıb ki, iyunun 22-dən bazar günləri Gəncə-Mineralnı Vodı-Gəncə marşrutu üzrə müntəzəm reyslər həyata keçirəcək. Amma “Silk Way Travel” aviabiletlərin satışı üzrə agentlikdə Turan-a deyiblər ki, bu marşrutla ilk reys 15 iyuna planlaşdırılıb.
Gəncədən uçuş saat 16.20-da, Mineralnıye-Vodıda eniş saat 16.30-da,
Mineralnıye-Vodıdan uçuş saat 17.30-da, Gəncədə eniş saat 19.35-də olacaq. Uçuşlar müasir və komfortlu Embraer tipli hava gəmiləri ilə həyata keçiriləcək. Mineralnı Vodıya bilet 164 manat, iki tərəfə 250 manatdır.
AZAL Bakıdan da Mineralnı Vodıya uçuş həyata keçirir. İyundan bu marşrutla reyslər həftədə üç dəfə (bazar ertəsi, çərşənbə, şənbə) olacaq. Biletin iki tərəfə ninimal qiyməti 277 manatdır.
Gəncə beynəlxalq hava limanından yerli reyslərdən başqa (Naxçıvan və Bakı) Moskva, İstanbul, Sankt-Peterburq və Tümenə beynəlxalq aviareyslər həyata keçirilir. İyunun 5-dən Antalyaya çarter reysləri bərpa olunur. Bu marşrutla iki tərəfə aviabilet 540 manatdır. 08B
-
- İqtisadiyyat
- 21 May 2014 15:22
-
- İqtisadiyyat
- 21 May 2014 16:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz