Kapital Bankın yeni depozitləri
Mayın 20-dən Kapital Bank bank bazarına yeni əlverişli depozit növləri çıxarıb.
Bankdan verilən məlumata görə, illik faiz dərəcələri depozitin müddətindən və növündən asılı olaraq 12%-ə qədər artırılıb. İndi depoziti rahatlıqla artırıb azaltmaq imkanı da var. Bankda vəsait yerləşdirən müştərilərə dəyərli ödəniş kartları hədiyyə edilir. Üstəlik, onlara istəklərindən asılı olaraq çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır.
Üstəlik, iyunun 1-dən Kapital Bankda depozitlər üzrə uduşlu lotereyaya start verilir. Lotereyanın şərtlərinə görə, 50 gün ərzində Bankda əmanət yerləşdirənlərdən hər gün 1 nəfər şanslı əmanətçi 500 AZN qazanacaq. Kampaniyanın sonunda isə (21 iyul) super-priz olaraq 1 qalib müştəriyə 25000 AZN mükafat veriləcək. Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və Kapital Bankın facebook səhifəsində elan olunacaq.
Kapital Bankda əmanət hesabı açanlar ilk gündən qazanmağa başlayır. Depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar.
Kapital Bank 89 filialı və 11 şöbəsi ilə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.–17D—
-
- İqtisadiyyat
- 21 May 2014 14:45
-
- İqtisadiyyat
- 21 May 2014 15:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz