İqlim dəyişikliyi ilə bağlı risklər artır
Mayın 20-də Bakıda FHN və BMT İnkişaf Proqramının təşkil etdiyi İqlim dəyişikliyi ilə bağlı rsiklərə dair seminar kçeirilib.
“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsindəki tədbir daşqın və sellərin artması ilə bağlıdır.
Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov bildirib ki, ölkənin dağlıq ərazisində yaşayan əhali və onların əmlakı daha çox risk altındadır. Onun sözlərinə görə, layihənin məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Natiq bildirib ki, əhalinin marifləndirilməsi və vaxtında xəbərdar edilməsi üçün zəruri tədbirlər görülüb. "Hesab edirəm ki, məqsədə çatmaq üçün suyun idarə edilməsi üzrə yeni konsepsiya lazımdır", - deyə o qeyd edib.
Böyük Qafqazın cənubu 11 min kv km-dir və İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Zaqatala və Balakən rayonlarını əhatə edir. 2013-cü ildə tədqiqat üçün layihəyə 6 beynəlxalq və 7 yerli ekspert cəlb edilib. Proqram çərçivəsində 5 xarici və 10 yerli ekspert fəaliyyət göstərir. --17D—
-
- İqtisadiyyat
- 21 May 2014 15:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz