Sabah Bakıda 20-ci qida sənayesi sərgisi açılır
22-24 mayda Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisi «World Food Azerbaijan» 2014 keçiriləcək.
21 mayda JW Marriott Absheron Baku otelində mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, bu sərgi aqrar sənaye sektorunun uğurlarının baxılması arenası deyil, burda həm də kənd təsərrüfatı və qida sənayesi üzrə ən yeni texnikalar nümayiş etdirilir. Sərgidə iştirak üçün 3 ölkənin kənd təsərrüfatı naziri bakıya gəlib.
Paralel olaraq 8-ci Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı «AgriHort Azerbaijan» 2014 sərgisi, 3-cü Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk “Plastex Caspian” 2014 sərgisi və Xəzər Beynəlxalq Qablaşdırma,
Tara, Etiket və Poliqrafiya Sərgisi keçiriləcək. Sərgilərdə 36 ölkədən 242 şirkət iştirak edəcək. Onların yarısı Avropanı təmsil edir. Bir sıra ölkələr (İtaliya, Niderland, İran, Macarıstan, latviya və Estoniya) milli stendlərlə çıxış edəcək. 2013-cü illə müqayisədə ekspozisiya 2,5 dəfə genişlənib, deyə sərginin meneceri Zarina Məmmədova qeyd edib. 08C
-
- İqtisadiyyat
- 21 May 2014 15:56
-
- Cəmiyyət
- 21 May 2014 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz