Gilan Holding Tatarıstanda 21 mərtəbəli otel tikəcək
“Benkons Group” Azərbaycan şirkəti Rusiyada futbol üzrə dünya çempionatı üçün Kazanda 21 mərtəbəli otel-ofis kompleksi tikəcək. Bu barədə welcome2018.com-a Tatarıstanın İnvestisiya İnkişafı Agentliyinin mətbuat katibinin rəhbəri İsgəndər Əhmədov bildirib.
Rusiya KİB-nin (http://goo.gl/rxFBsW) məlumatına görə, tikintiyə 2016-cı ildə "Kazan Arena" stadionunun yaxınlığında başlanılacaq. Bunun üçün 1,9 ha torpaq sahəsi ayrılıb. Binanın ümumi sahəsi 30,1 min kv m olacaq. Burda 13 ofis və 252 otel nömrəsi olacaq.
Bu, “Benkons Group”un Tatarıstanda ikinci iri investisiyasıdır. Buna qədər 53,8 mln litr gücündə şirə zavodu (http://goo.gl/x7OeeP) və logistika mərkəzi tikintisi barədə qərar qəbul edilib. 2017-ci ildə başa çatacaq layihənin qiyməti 4 mlrd rubldur.
Benkons həmçinin Orda şəhərində (Tuva Respublikası) otel-ofis kompleksinin tikintisini başa çatdırır. Bu obyektin tikintisinə 50 mln dollar investisiya ayrılıb. Latviyadakı “Hotel de Rome” da 2011-ci ildən “Benkons”un mükiyyətindədir.
“Benkons Group” 2008-ci ildən fəaliyyət göstərir və Azərbaycan və xaricdə (RF, Almaniya, Latviya) olan şirkətləri birləşdirir. Qrup “Gilan Holding”in iştirakçısıdır.
-
- İqtisadiyyat
- 11 Dekabr 2015 15:03
-
- Cəmiyyət
- 11 Dekabr 2015 16:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz