Gömrük vergi və rüsumlarının dəyişdirilməsi barədə təkliflər hazırlanıb
Dövlət Gömrük Komitəsi gömrük vergi və rüsumlarının dərəcələrinin dəyişdirilməsi barədə təkliflər hazırlayaraq hökumətə təqdim edib.
Bu barədə türkiyəli sahibkarlara görüş zamanı DGK sədri Aydın Əliyev bildirib.
«Azərbaycanda malların istehsalı üçün zəruri xammallara gömrük vergi və rüsumlarının azaldılacaq. Paralel olaraq, xaricdən gətirilən eyniadlı məhsullar üçün isə gömrük vergi və rüsumlarının artırılması planlaşdırılır», - deyə o qeyd edib.
Bu tədbirlər yerli istehsalı qorumaq məqsədilə həyata keçirilir.
Azərbaycanda yeyinti məhsulları istehsalı üçün xammal və materialların gətirilməsi zamanı idxalçıları ƏDV-dən azad edən norma var. Bu ildən investisiya təyinatlı avadanlıq və mallar 7 il müddətinə gömrük vergi və rüsumlardan azad edilir. 08D
-
- İqtisadiyyat
- 2 Aprel 2016 16:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz