Gömrükçülər dövlət büdcəsinə 103,6 mln manat köçürüb
Yanvarda xarici iqtisadi əlaqələrin subyektləri Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 103,6 mln manat köçürüb. Bu, 2015-cil ilin eyni dövründəkindən 119 min manat azdır, deyə DGK-da Turan-a bildiriblər.
Mal idxalı bu ilin yanvarında 2015-ci ilin dekabrına nisbətən 23% azalıb.
Ötən ilin dekabrında gömrükçülər 200,8 mln manat gömrük vergisi və rüsumu toplayıb.
Maraqlıdır ki, hökumətin elan etdiyi inhisarçılıqla mübarizə dalğasında gömrük xidməti idxalçılar üçün gömrük prosedurlarının asanlaşdırıldığını bəyan edib. Amma bundan dərhal sonra sahibkarlar gömrük yığımının çoxluğundan narazılıq etməyə başladılar. Bir sıra idxalçılar qeyd edir ki, gömrük brokerlərinin vasitəsilə onlar indikindən daha az vergi ödəyirdilər.
2016-cı ildə gömrük vergisi və rüsumu planı dəyişməyib və 1 mlrd 590 mln mant təşkil edir. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz