Gürcüstan Azərbaycan qazı üçün daha az ödəmək istəyir
Gürcüstan Azərbaycanla danışıqlar nəticəsində qaz qiymətlərinin artırılmasının qarşısının alınmasına nail olmalıdır.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bunu hökumətin iclasında deyib.
«Mövcud qiymətləri saxlamalıyıq, bunun üçün Bakı ilə danışıqlar aparılmalıdır», - deyə o qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti ARDNŞ ilə bu məsələni müzakirə edib, onlar «əməkdaşlıq və razılıq əldə edilməsinə hazır olduqlarını bildiriblər».
Baş nazir deyib ki, Gürcüstan hökuməti tarifin bahalanması barədə qərarı təxirə salmaq təklifi ilə müraciət edəcək.
Qeyd edək ki, SOCARGeorgiaGas larinin qiyməti düşdüyü üçün martın 1-dən müəssisələr üçün tarifi 1 m3 üçün 0,75 laridən 0,9 lariyə qaldıracaq.
Dekabrda 1 dollar 1,74 lari, fevralda 1,99 lari olub.
Turan-ın məlumatına görə, Gürcüstan Azərbaycan qazını 2014-cü ilin II yarısından 3 müxtəlif qiymətlə alır. Birinci kateqoriya “sosial qaz”dır. Bu müqavilə ilə qazın min m3-i $150-a satılır. İkinci kateqoriya regional qiymətlə $180-a satılır. 2013-cü ilin II yarısından “Şahdəniz” konsorsiumu bu ölkəyə kommersiya tədarükünə ( SOCARGeorgiaGas şirkətinə satır) başlayıb. Qiymət $200-dır. “Şahdəniz” konsorsiumunun kommersiya tədarükü həcmi Gürcüstan bazarında Azərbaycan qazının 1/3-i qədərdir. –0--
-
- İqtisadiyyat
- 6 Fevral 2015 13:00
-
- Siyasət
- 6 Fevral 2015 13:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz