Gürcüstana duz ixracı kəskin azalıb
Bu ilin 9 ayında yodlaşdırılmış xörək duzu ixracının bəyan edilən həcmi 1427,1 ton olub. Bu, 2014-cü ilin eyni dövründəkinin üçdə biri qədərdir. Malın hamısı ötən il olduğu kimi Gürcüstana ixrac edilib.
Gömrük Komitəsinin məlumatına görə, xörək duzunun 1 kq-ı $0,14 –a ixrac edilir. Azərbaycan xörək duzu tələbatının bir hissəsini idxal hesabına təmin edir. İdxal edilən duz gömrükdə 1 kq-ı $0,12-a bəyan edilir.
Dövlətstatkoma görə, yanvarda 1 kq süfrə duzu pərakəndə satışda 43 qəpik ($0,55), oktyabrda 56 qəpik olub. Oktyabrda idxal edilən duzun orta qiyməti 55 qəpik (yanvarda 41 qəpik) olub.
DGK-nın məlumatına görə, yanvar-sentyabrda 8 351,3 ton xörək duzu idxal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 16,8% azdır. Duz Rusiya (1700 ton), Ukrayna (1623 ton) və Türkiyədən (49,4 ton) idxal edilir.
Keyfiyyət sertifikatı reyestrinə görə, duz idxalçıları 3 fiziki şəxs, həmçinin “Lavanda” MMC və “Dincer and Carcioglu”dur.
Dövlətstatkomun məlumatına görə, bu ilin 9 ayında yodlaşdırılmış xörək duzu istehsalının həcmi 25 min ton olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 19,8% çoxdur.
2014-cü ildə Azərbaycanda xörək duzunun istehlak həcmi 3,8% artaraq 92,2 min ton olub.
Ərzaq balansına əsasən, 2014-cü ildə Azərbaycanda 67,2 min ton duz istehsal edilib. Bu, 2013-cü ildəkindən 13% çoxdur.
Xaricdən 15 930 ton duz idxal edilib. Bu, 2013-cü ildəkindən 3,8% azdır. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz