Hər ay Azərbaycana orta hesabla 7 min ədəd avtomobil idxal olunur
Bu ilin birinci kvartalında Azərbaycana 21 379 avtonəqliyyat vasitəsi göndərilib. Martda idxal əvvəlki aylarla müqayisədə 4,6% (326 ədəd) artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, martda ölkəyə 7288 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Yanvarda bu göstərici 7 130, fevralda 6962 ədəd təşkil edib. İdxal edilən avtomobillərin 90,9%-i və 19 446 ədəd minik avtomobillərinin payına düşür.
Bu ilin yanvar-mart aylarında ölkəyə 245 ədəd avtobus, 1475 yük maşını, 213 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi gətirilib.
2012-ci ildə Azərbaycana minik avtomobillərinin idxalı 38% artaraq 89 652 ədəd təşkil edib.
DGK-nın məlumatına görə, bu ilin iki ayında Azərbaycana bəyan edilmiş ümumi dəyəri $220,4 mln. olan bütün növ nəqliyyat vasitələri və ehtiyat hissələri gətirilib. Bu 2012-ci ilin müvafiq dövründən 23% azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci kvartalında Azərbaycanda konveyerdən 44 ədəd yük avtomobili, 32 minik avtomobili və 77 traktor buraxılıb. 08D
-
- İqtisadiyyat
- 19 Aprel 2013 14:43
-
- İqtisadiyyat
- 19 Aprel 2013 14:51
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz