Meyvə və tərəvəz idxalı azalıb
Bu ilin I rübündə ölkədə kənd təsərrüfatı məhsullarının həcmi 300 mln manat olub. Bu, ötən ilin eyni dövründən 4,4% çoxdur. Bitkiçilikdə artım (+6,5%) heyvandarlıqdakından (+4,3%) çox olub.
Diri çəkidə ət istehsalı 104,6 min ton (+2,5%), süd 394,5 min ton (+5,4%), yumurta 326,8 mln (+14,3%) olub.
Paralel olarq mal-qara sayı artıb. 1 aprel 2013-cü il üçün ev təsərrüfatlarında 2 721,8 min baş (+0,9%) iribuynuzlu və 8 851,3 min baş (+0,7%) xırdabuynuzlu mal-qara olub.
İlk 3 ayda 10,8 min ton tərəvəz istehsal edilib. Bu, ötən ilin eyni dövründən 13% çoxdur. Gömrük Komitəsinin məlumatına görə, I rübdə $17,4 mln məbləğində meyvə və tərəvəz ixrac edilib. Bu, ötən ilin eyni dövründən 25,5% azdır. Meyvə və tərəvəz idxalı həcmi ($8,5 mln) 65% azalıb. Üç ayda ölkəyə $235,4 mln məbləğində ərzaq idxal edilib. Bu, ötən ilin eyni dövründən 9% azdır. --08D—
-
- İqtisadiyyat
- 19 Aprel 2013 14:45
-
- Siyasət
- 19 Aprel 2013 14:56
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz