Sığortaçıların ödənişləri artır
İlin I rübündə həyat sığortası üzrə ixtisaslaşan şirkətlər istehsalatda bədbəxt hadisələr üzrə 284,57 min manat ödəniş edib. Bu, ötən ilin eyni dövründəkindən 4,4 dəfə çoxdur.
Həyat sığortasının başqa növləri üzrə də ödənişlər artıb. «Atəşgah həyat Sigorta» cəmi 803,14 min, «Pasha hayat Sigorta» 148,01 min, «Qala hayat Sigorta» - 135,1 min manat kompensasiya edib.
«İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu ildə təsdiq edilib. 17 dekabrda Maliyyə Nazirliyi normativ-hüquqi aktları təsdiq edib.
2010-cu ilin noyabrında Nazirlər Kabinetinin təsdiq ertdiyi traiflərlə iqtisadi fəaliyyət növləri 14 risk dərəcəsinə bölünüb. Müəssisənin risk dərəcəsindən asılı olaraq sığorta ödənişi həcmi 0,2%-2%-dir.
Bundan başqa, 2011-ci ildən dövlət və büdcə təşkilatlarında işlətyənlərin sığortası üçün hər il dövlət büdcəsinin xərclər hissəsinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərdən icbari sığorta üzrə 10,03 mln manat ayrılır.
Qanuna əsasən, sığorta tarifi müəssisənin maaş fonduna köçürülür. Qanun 3 sığorta ödənişi növünü nəzərdə tutur: aylıq, bir dəfəlik və əlavə. --17D—
-
- İqtisadiyyat
- 19 Aprel 2013 14:13
-
- İqtisadiyyat
- 19 Aprel 2013 14:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz