- İqtisadiyyat
- 10 İyun 2014, 10:51
- 78
Hər ehtiyac anında, Yapı Kredi Bank Azərbaycan yanında!
Gələcək planlarımızı qurarkən, ehtiyaclarımızı ödəmək üçün çox zaman banklara müraciət edirik. Yapı Kredi Bank Azərbaycan da son zamanda ehtiyaclarınızı ödəməkdə yardımcı olmaq üçün davamlı kampaniayalar təqdim edir.
Belə ki, 6 iyun-31 iyul tarixlərində Yapı Kredi Bank Azərbaycan inkişaf etmək istəyənlərə hər ehtiyaca istehlak krediti təklif edir. Kampaniya müddətində götürülən hər 2000 manatlıq endirimli kreditə əlavə olaraq 50 manat Worldcard və ya Pulkart balı qazanacaqlar. Kredit müddəti 36 ay təşkil edir və faktiki illik faiz dərəcəsi 22.80-38.57% arasında dəyişir. Maksimum kredit məbləği 10000 manat təşkil edir, beləliklə də siz kredit götürməkdən əlavə açıq statuslu Worldcard və ya Pulkart hesabınıza yüklənəcək 250 manata qədər bal qazana biləcəksiz.
Müraciət etmək üçün Yapı Kredi Bank Azərbaycan filiallarına yaxınlaşmaq kifayətdir. Kampaniya haqqında ətraflı məlumatı 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzindən, və ya www.yapikredi.com.az internet ünvanından əldə etmək mümkündür.®
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz