Hərraclarda 18 əmlak özəlləşdirilib
Noyabrın 15-də Bakıda və regionlarda keçirilən hərraclarda 17 dövlət müəssisəsi və obyekti, 1 avtonəqliyyat vasitəsi satılıb. Bu obyektlərin özəlləşdirilməsindən dövlət büdcəsinə 1,2 mln manat daxil olacaq, Əmlak Məsələləri Dövlət Komitəsi məlumat verir.
Qurumun mətbuat xidmətinin məlumatına görə, 2 obyekt üzrə hərrac müsabiqə yolu ilə keçirilib. Məsələn, Nəsimi rayonunda yerləşən və start qiyməti 18 min manat olan qeyri-yaşayış sahəsi rəqabət nəticəsində 45 min manata satılıb
Hərraclarda 2 pambıqtəmizləmə zavodu və Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzinin səhm paketi satılıb.
Növbəti hərrac (https://goo.gl/tFQcwe) 22 noyabrda keçiriləcək. Onlarda 78 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.
IMDK bildirir ki, hərraclar kənar müdaxiə olmadan keçirilir və onlarda istənilən investor iştirak edə bilər. 08D
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 14:42
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz