Hesablama Palatası Bərdə rayonunda mənzil və kommunal təsərrüfatı xərcləri ilə bağlı materialları «müvafiq orqanlara» göndərib
Hesablama Palatası 6 oktyabr tarixli Kollegiya iclasında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə ayrılan vəsaitlərin istifadəsini müzakirə edib.
Bərdə rayonu mənzil və kommunal təsərrüfatı üzrə xərclərin auditi də başa çatıb. “Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi” barədə xəsis informasiya göstərir ki, çox sayda nəqsan və maliyyə pozuntuları aşkarlanıb.
Hesablama Palatası 7 dekabr 2001-ci ildə yaradılıb.
Hesablama Palatası bir qayda olaraq yoxlamalarının nəticələrini açıqlamır. Bəzən ümumi nəticələri elan edir, konkret fakt və rəqəmlər gətirmir. “İnformasiya əldə edilməsi haqqında” Qanunun 6.0.3 maddəsinə əsasən, büdcə vəsaitlərinin yoxlanması barədə informasiyanın yayılması dövlət strukturlarının, o cümlədən Hesablama Palatasının vəzifəsidir. --17D—
-
- İqtisadiyyat
- 8 Oktyabr 2015 15:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz